"Lex"in baş məşqçisi qovula bilər

Polşanın "Lex" klubu baş məşqçisi Con van den Bromla yollarını ayıra bilər.
Bu barədə "Voetbalbelgie" nəşri iddia irəli sürüb.
Bildirilib ki, 56 yaşlı mütəxəssis göstərilən nəticələrə görə sorğu-sual edilib.
Niderlandlı baş məşqçi Polşa Super Kuboku uğrunda qarşılaşmadan və "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra nüfuzunu itirib. İki ağır məğlubiyyət və "Qarabağ" üzərində ilk matçdakı minimal hesablı qələbə van den Bromun istefasını gündəmə gətirib.
Con van den Brom "Lex"ə iyunun 16-da baş məşqçi təyin olunub. Onunla 2 illik müqavilə bağlanılıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib