• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakı Metropoliteni" 20-yə yaxın şəxsə 11 min manat yardım ayırıb

"Bakı Metropoliteni" 20-yə yaxın şəxsə 11 min manat yardım ayırıb
13.07.2022 11:52
"Bakı Metropoliteni” QSC-də çalışan şəhid ailələri üzvləri və müharibə veteranlarını qayğı ilə əhatə etmək, müraciətlərə operativ və xüsusi həssaslıqla baxılmasını təmin etmək məqsədilə yaradılmış Metropolitendə işləyən şəhid ailələrinə və Qarabağ müharibələrinin veteranlarına yardım mərkəzinin ilk iclası keçirilib.


Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.


Açıq şəkildə keçirilən müzakirələrə idarə heyətinin 7 üzvündən yalnız 6-sı və metropolitendə çalışan qazilərdən biri müşahidəçi qismində iclasın işinə qatılıb.


İlk iclasda daxil olmuş müraciətlərlə yanaşı, əvvəlki dövrlərdə müəssisənin nəzdində fəaliyyət göstərən sosial komissiyaya təqdim edilmiş ərizələrə də baxılıb. Təqdim edilən sənədlərdə bir sıra çatışmazlıqlar nəzərə alınaraq, yerli həmkarlar ittifaqı komitələrinin müraciət edənlərə sənədləşmə ilə bağlı tövsiyələr verməsi təşəbbüsünə MİHİ sədri Arif Mərdanov müsbət yanaşıb.


İclasda ərizələrə baxılmasının sürətləndirilməsi üçün təkliflər də müzakirə olunub. Bundan savayı, Mərkəzin bütün üzvlərinin may ayında keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərarlar və səsləndirilmiş təkliflər barədə fikir mübadiləsi aparılıb.


Yekun qərara əsasən, baxılmış 22 ərizədən 19-na müsbət rəy verilib və müraciətlərə uyğun olaraq, 11 min 300 manat yardım edilib.


Mərkəzin əsas maliyyə mənbəyi "Bakı Metropoliteni” və MİHİ-nin ayırdığı təyinatlı maliyyə vəsaiti hesabına formalaşır.


Bakı metropolitenində hazırda 336 nəfər Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin üzvləri çalışır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol