• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaşın maşını xəbərdarlıq edilmədən cərimə meydançasına niyə aparılıb?

Vətəndaşın maşını xəbərdarlıq edilmədən cərimə meydançasına niyə aparılıb?
13.07.2022 17:21
Vətəndaş Etibar Səmədovun maşını ona heç bir xəbərdarlıq edilmədən Yol Partul Xidməti tərəfindən cərimə meydançasına aparılıb, bu barədə o saytımıza şikayət edərək narazı olduğunu bildirib.
 
"Dünən maşını idarə etdiyim zaman Yol Patrul Xidməti əməkdaşları saxla əmri verdi. Rüfət adlı əməkdaş bildirdi ki, maşına baxış keçirir. Daha sonra maşını biraz yoxladıqdan sonra mənə dedi ki, bu maşının arxa kəməri yoxdur və buna görə sənədlərim alınaraq maşın cərimə meydançasına aparıldı. Patrul Xidmətinin əməkdaşı mənə bildirdi ki, maşını götürmək üçün Bakıda 17 nömrəli polis bölməsinə yaxınlaşım", - şikayətçi söyləyib.
 
Etibar Səmədov deyir ki, 2010-cu ildən bu maşını sürür və indiyə kimi bununla bağlı heç bir problem yaşanmayıb.
 
"Maşını 2010-cü ildə alıb adıma sənədləşdirmişəm. Həmin ilə aid olan "07 juquli" maşınlarının doxsan faizində arxa kəmər olmur. Bunu patrul xidmətinin əməkdaşına izah etməyə çalışsam da məni dinləmədi. Ümumilikdə maşınımı bu yaxınlarda texniki baxışdan keçirmişəm. Hətta orda da mənə belə bir problemin olduğunu demədilər. 7 il maşını sürdüyüm müddətdə isə bununla bağlı heç bir xəbərdarlıq və şikayət bildirişi də almamışam. Belə olan halda maşınımı cərimə meydançasına aparılmasının yalnış qərar olduğunu hesab edirəm", - Səmədov vurğulayıb.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 96-ci maddəsində avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi üçün əsaslar var.
 
"İnzibati Xətalar Məcələnin 96-ci maddəsinə əsasən avtomobilin konstruksiyada nəzərdə tutulmuş nasazlıqların siyahısı müəyyən olunub. Siyahı «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavəsində (təhlükəsizlik kəmərləri nəqliyyat vasitələrinin konstruksiyasında nəzərdə tutulduğu halda belə kəmərlər olmadıqda və ya onlar kəmərləri yararsız olduqda) təsdiq olunub. Maşının arxa oturacaqda kəmərin olmaması da avomobilin duracağa aparılması üçün əsasdır və cəriməsi də 50 manatdır. Əgər problem yerində aradan qaldıra bilirsə bu zaman maşın cərimə duracağına aparılmır və cərimə də tətbiq olunmur", - Əsgərli söyləyib. 
 
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirir ki, əgər həmin avtomobildə zavod istehsalı tərəfindən kəmər yeri olmayıbsa sürücü hansı hansı sorğu-sual oluna bilər deyə bilmərəm.
 
"Məsləhət görürəm ki, sürücü məhkəmə qaydasında bu məsələni həll etsin. Yalnız məhkəmə qərarı müəyyən edə bilər ki, onun avtomobili cərimə duracağına hansı əsaslarla aparılıb. Dövlət Yol Polisi əməkdaşları müəyyən avtomobilləri cərimə meydançasına apara bilər, amma əgər avtomilin konstruksiyada arxa oturacaqlarda kəmər yeri yoxdursa sürücüyə hansı cəriməni və cəzanı tətbiq edə bilərik ki? Avtomobilin cərimə duracağına aparılması bu məsələni çözürmü? Bu halda məhkmədən başqa çıxış yolu görmürəm", - ekspert əlavə edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol