• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni Ramanada içməli su şəbəkəsi inşa olunur

Yeni Ramanada içməli su şəbəkəsi inşa olunur
13.07.2022 23:30
Bakının Yeni Ramana yaşayış massivində mərkəzləşdirilmiş içməli su şəbəkəsi inşa olunur.

Layihənin həyata keçirildiyi ərazidə indiyə qədər mərkəzləşdirilmiş şəbəkə mövcud olmayıb və sakinlərin içməli su təchizatı əhali tıərəfindən yaradılmış fərdi şəbəkələr vasitəsilə aparılıb.Tikinti normalarına cavab verməyən şəbəkədə tez-tez baş verən qəzalar və hidravliki rejimlərin pozulması əhalinin susuz qalmasına, ciddi su itkilərinə səbəb olub, eləcə də suyun keyfiyyəti üçün risklər yaradırdı. Layihəyə əsasən Yeni Ramana yaşayış massivində müxtəlif diametrli borularla 4 km uzunluğnda içməli su şəbəkəsi yaradılacaq. Yeni yaradılan şəbəkədən 500-ə yaxın ünvana ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq. İndiyədək içməli su şəbəkəsinin 2,8 km-lik hissəsi inşa edilib, 300 ünvana birləşmə verilib. Yeni mərkəzləşdirilmiş şəbəkələrin yaradılması içməli su təchizatındakı problemlərin aradan qaldırılması ilə yanaşı, yeni abonentlərin sistemə qoşulmasına imkan verəcək.

Dövlət investisiyası hesabına 2022-ci ildə Saray, Binəqədi, Zabrat, Ramana, Bilgəh, Maştağa, Buzovna, Şağan, Mərdəkan, Qala, Şüvəlan, Binə qəsəbələrinin bir hisssəində içməli su layihələri icra olunacaq. Artıq Ramana, Şüvəlan və Bilgəh qəsəbələrində tikinti-quraşdırma işlərinə başlanılıb. Digər qəsəbələrdə isə tikintiyə hazırlıq hazırlıq işləri davam etdirilir. Qeyd edək ki, Dövlət investisya proqramına uyğun olaraq qəsəbələrdə mərkəzləşdirilmiş su təchizatı sistemlərimərhələlərlə inşa olunur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol