Sumqayıtda pişiklərə yem verən qadın cəzalandırıldı

Sumqayıtda 75 yaşlı qadın pişiklərə yem verdiyi üçün cərimələnib.
Belə ki, qonşular S.Hacıyevanın yaşadığı məhəllədə 100-ə yaxın pişik saxladığını, buna görə də antisanitar vəziyyət yarandığını bildiriblər. Onlar qadına irad tutaraq təhqir ediblər. Bununla bağlı S.Hacıyeva polis bölməsinə şikayət edib, lakin onun şikayəti icraata götürülməyib.
Bundan başqa qadın barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) ilə protokol tərtib olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























