• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik daha bir obyektin fəaliyyətini DAYANDIRDI

Nazirlik daha bir obyektin fəaliyyətini DAYANDIRDI
14.07.2022 09:53
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
 
Nazirlikdən  bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən "Qaz TNK” MMC-yə məxsus istehsal sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
 
- obyektdə mövcud olan yanğın su hovuzuna yanğın avtomobilinin sərbəst yan alması mümkün deyil;
 
- ərazidə təxliyə yolları taxta materiallarla tutulub;
 
- otaqlarda kustar üsulla hazırlanmış odun sobalarından istifadə edilir;
 
- mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu nasaz vəziyyətdədir;
 
- obyektin ərazisinin, anbar və istehsalat sahəsinin istehsal prosesində yaranmış yanar tullantılardan təmizlənməsi təmin edilməyib, işlərin icrası yanğın təhlükəli vəziyyətdə davam etdirilib;
 
- istehsal sexində tavan və otaqların arakəsmələri odadavamlı məhlulla hopdurulmayıb;
 
- ərazi, anbar və istehsalat sahəsi yanğın təhlükəsizliyinə dair göstərici nişanlarla təmin olunmayıb.
 
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
 
Qeyd olunanları nəzərə alaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən "Qaz TNK” MMC-yə məxsus iki istehsal sexində işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol