• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlətin ən qiymətli tarix kitablarıdır qazilərimiz - Mİrşahin

Dövlətin ən qiymətli tarix kitablarıdır qazilərimiz - Mİrşahin
14.07.2022 13:11
REAL TV-nin rəhbəri Mir Şahin Ağayev gündəmin əsas müzakirə mövzusu olan qazilərlə bağlı paylaşım edib.

Jurnalist feysbuk səhifəsindəki statusunda qazilərin problemləri ilə bağlı mövzularda son dərəcə ehtiyatlı davranmağı xahiş edib:

"Xüsusilə indi, emosianallığın açıq nerv vaxtlarında başlıqlarda, təqdimatlarda diqqətli olun. Sizin say və layk naminə seçdiyiniz başlıqlar qızğın həyəcan halında təhrikedici səciyyə daşıya bilər. Unutmayın ki, bu yolla, bəzi qazilərin intiharçılığını Siz təşkil edirsiz! Ona görə də suisit edəcəyini bildirən Qazinin çıxışının videosunu çəkmək, sonra da hələ bir ardınca düşərək yanğın aktını sona qədər izləmək, çəkilişi sosial şəbəkələrdə yerləşdirmək əvəzinə Qazini fikrindən daşındırın. Bacarsanız yanğın törədilməsində istifadə oluna biləcək vasitələri əlindən zorla da olsa alın. Unutmayın: baş verə biləcək hər  özünüqətldə siz də iştirak edirsiz! İntihar mövzusu çox təhlükəlidir. Burda odla oynamaq olmaz! Odlar Yurdu ifadəsinin bizə qürur verən mənasına layiq olmağa çalışaq, özünə od vuranların ocağını manqal kimi yelləməyək! Dövlətin ən qiymətli Tarix Kitablarıdı qazilərimiz! Kitablara od vurulmasına yol verməyək! Həlli mümkün olmayan problem yoxdur! Dözüm vaxtıdır! Ləyaqət və mərhəmət vaxtıdır! Hər şey sizin əlinizdədir: Alışqan belə!”.

Jurnalist daha sonra əlavə edib ki, belə hadisələrdə sosial şəbəkələrdə-təfəkkürcə hazır və mənən layiq olmadığı sərbəstlik, azadlıq əldə etmiş avantürist boşboğazların, youtube kanallarında özünü tv sayaraq alova benzin tökənlərin rolu çox böyükdür:

"İntihar xəbərlərini paylaşmaqla daha böyük özünüqətl imkanları, müstəvisi yaradırlar. Adamın çıxışını çəkirlər, sonadək izləyirlər, özünü yandırma anınadək!!! Son kadrlarını da yayırlar. Hanı Sabirabadda son kadrları çəkən şəxs? Niyə məsuliyyətdən kənarda qala bilib bu saatadək?! Qazinin intihar həddinə çatmasımda onun xüsusi rolu  var axı! O dialoqdakı müdaxilələri ilə qazini daha da qızışdırır! Görünür axı kadrda! Yalnız status deyil, şərh yazan şəxslərin də monitorinqi aparılmalı, kimin virtual, kimin real müəllif olduğu aydınlaşdırılmalıdır. Ən sərt və ən obyektiv şəkildə!!! Qazi özünə qaldırdığı əli dərhal saxlamalı, intiharının dövlət üçün nə qədər ağır zərbə olacağını düşünməlidir. Media intihar xəbərıərini ictimailəşdirməməlidir. Belə məlumata malik olanlar dərhal müvafiq qurumıara müraciət etməlidir. Polisə, təcili yardıma, FHN-ə. Amma heç bir halda mediaya, sosial şəbəkələrə yox! Belə xəbərlər bir qayda olaraq yoluxucu səciyyə daşıyır! Məgər görünmür ki, Qazi-Vətən qarşıdurması yaradılır? Hüquq-mühafizə orqanları, Sizə inanıram!".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol