• $
  • €
  • ₽
  • ₺
  • £

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından iki il ötür

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından iki il ötür
14.07.2022 12:00
Bu gün general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının ildönümüdür.

Azərbaycan Silahlı Qüvvələrinin bu iki hərbçisi 2020-ci il iyulun 12-17-də baş verən Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində  şəhid olublar.


İyulun 14-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev və həmçinin daha beş hərbi qulluqçu şəhid olub. Ermənistanın hərbi birləşmələrinin hücumları nəticəsində rayonun Ağdam kənd sakini da həlak olub.

 Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1976-cı ildə Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb və burada yaşamağa başlayıblar. P.Həşimov Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi olub.

Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən birinə Polad Həşimovun adı verilib. Bundan başqa, Türkiyənin Osmanqazi rayonunda Polad Həşimovun adını daşıyan park salınıb.

İlqar Mirzəyev isə 1973-cü ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun artilleriya rəisi vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də ikinci Fəxri xiyabanda dəfn olunublar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol