• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsu" 2021-ci ili zərərlə başa vurub

"Azərsu" 2021-ci ili zərərlə başa vurub
14.07.2022 14:57
"Azərsu” ASC 2021-ci ili 552,23 milyon manat xalis zərərlə başa vurub.

Qurumun maliyyə hesabatına görə, bu, 2020-ci illə müqayisədə 70,9% çoxdur. Son nəticədə səhmdar cəmiyyətin yığılmış zərəri 7,6 % artaraq 7 855,686 milyon manata çatıb. 

Ötən il "Azərsu”yun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 262,947 milyon manat (əvvəlki ilə nisbətən 42,7% çox), satışlarının maya dəyəri 128,729 milyon manat (2,1% az), inzibati xərcləri 28,756 milyon manat (28,9 % az), satış və paylanma xərcləri 146,607 milyon manat (25,3 % çox), digər əməliyyat xərcləri 549,528 milyon manat (2,6 dəfə çox), məzənnə fərqindən gəliri 10,315 milyon manat (əvvəlki il zərər olub), digər gəlirləri 32,236 milyon manat (4,1 dəfə çox), maliyyə xərcləri 3,450 milyon manat (22,2% çox), icarə öhdəlikləri üzrə faiz xərcləri 60 min manat (4,8% az), mənfəət vergisi ödəmələri isə 598 min manat (7 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərsu”yun aktivləri 1 021,630 milyon manat olub ki, bu da illik müqayisədə 2,1 % çoxdur. 2021-ci ildə səhmdar cəmiyyətinin öhdəlikləri 0,7 % azalaraq 578,444 milyon manata düşüb, balans kapitalı isə 6 % artaraq 443,186 milyon manata çatıb.

 "Azərsu” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır.

Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində istehlakçıların istifadəsi, paylanması və satışı təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.

Qurumun ötən ili böyük həcmdə zərərlə başa vurması  vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, əhali həmin zərərin aradan qaldırılması üçün yenidən qiymət artımına gediləcəyini düşünür. 

Məsələ ilə bağlı "Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı  bildirdi ki, baş vermiş ziyanın əsasını amortizasiya ayırmaları, yəni əsas vəsaitlərin köhnəlməsi təşkil edir:

"Amartizasiya xərclərini nəzərə almasaq, gəlirlər xərcləri tam bağlayır. Tariflərə isə dəyişiklik gözlənilmir”.(cebheinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol