• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısının müavini qızımı özü döyüb - Döyülən şagirdin anası DANIŞDI - YENİLƏNDİ

İcra başçısının müavini qızımı özü döyüb - Döyülən şagirdin anası DANIŞDI - YENİLƏNDİ
15.07.2022 16:53
Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın döydüyü iddia edilən 9-cu sinif şagirdi Aliyə Camalova rayon mərkəzi xəstəxanasına yerləşdirilib.  Bu barədə məktəblinin anası  bizimmedia-ya Ləman Camalova məlumat verib.

Onun sözlərinə görə qızın vəziyyəti bu gün səhər saatlarından etibarən ağırlaşıb.

"Başında kəskin ağrıları var, durmadan qaytarır. Xəstəxanaya gətirdik. Kompüter tomoqrafiyasına (KT) salınacaq. Qızımın döyülmə faktını təsdiq edən ekspertiza rəyi isə gizlədilir və bizə verilmir. Qızın vəziyyəti çox ağırdır”, -  ana əlavə edib. 

Məsələ ilə bağlı Lənkəran Rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva Bizim.Media-ya danışıb.

O, Aliyə Camalovanın evində döyülməsini təkzib edib.

"Vəzifədəyəm deyə yapışılası adam mənəm? Axı mənim də səhhətim və evimdə ağır əməliyatdan çıxmış xəstəm var. Aliyənin anası çox şey iddia edə bilər. Yalan məlumatlardır. Onun anası haçandan ortaya çıxdı? O, heç bilmir ki, qızı kimlə yaşayır və onu kim saxlayır. Onun qızı əxlaqsızdır və biabırçı videoları var. Sinif şagirdlərinin adından ona-buna videolar atıb. Belə qızın məktəbdə qalıb oxuması düzgün deyil. Mənim qızımla da rəfiqə deyil və ola bilməz. O, hansı ailədə böyüyüb, bilinmir. Aliyənin xalası kimdi, onu əvvəl kim saxlayıb, gedin onları araşdırın”, - o söyləyib.

Rasilə Əliyeva adı çəkilən döyülmə faktına görə Lənkəran Rayon polis Şöbəsinə çağırılmadığını da əlavə edib.

"Qızın attestatı mənim evimdə nə gəzir? Mən Təhsil Naziliyinə və ya rayon təhsil şöbəsinə müdaxilə edə bilərəm? Evimdə attestat verilir? Bu qədər yalan olmaz axı... Mən xalqın uşağını niyə döyürəm ki? Ya atası, ya da nənəsi videolarını görüb onu döyüblər. Sadəcə olaraq o videoları mən əldə etmişəm və polis bölməsinə də təqdim etmişəm. Onlar araşdırır. Anası çox şeyi iddia edə bilər. O zaman mən də bədənimin hansısa nahiyəsini göyərdib, fotosunu sizə atım, inanarsız? Bu məsələnin mənə aidiyyəti yoxdur. Niyə polis bölməsinə çağırılmalıyam ki?”, -  Rasilə Əliyeva qeyd edib.
 
********

Lənkəranda 4 nömrəli məktəbin 9-cu sinif şagirdi Sevinc Əliyeva(ad şərtidir) Lənkəran şəhər icra hakimiyyətinin müavini Rəsilə Əliyeva tərəfindən döyülüb, bu barədə anews.az-a açıqlama verən şagirdin anası bildirib.
  
"Qızım icra başçısının müavininin qızı ilə eyni sinifdə oxuyur və yaxın rəfiqədirdlər. Rəsilə Əliyevanın qızı mənim qızımın telefonundan sevdiyi oğlana mesaj yazıb. Bu münasibətdən xəbər tutan Rəsilə Əliyeva mənim qızımı da evlərinə çağırıb. Daha sonra həm öz qızını, həm də mənim qızımı döyüb. Həmin məkanda məktəbin direktoru Yeganə Əsgərova da olub. Qızım deyir ki, direktor sadəcə tamaşa edib heç bir müdaxilə etməyib. Rəsilə Əliyeva öz qızını döyübsə bu ona aid olan məsələdir. Mənim qızımı hansı səbəblə döyə bilər? Hazırda hüquq-mühafizə orqanlarına da şikayət etmişəm. Məsələ araşdırılır. Mənim qızımı döyənlər cəzasız qala bilməz", - şagirdin anası Ləman Camalova bildirib.
 
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, məsələ ilə bağlı Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

 
Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirib ki, belə hadisə baş verməyib.
 
"Rəsilə Əliyeva haqqında deyilənləri təkzib edirik. Belə bir hadisə baş verməyib. Biz də hüquq-mühafizə orqanlarına müraciət etmişik. Hadisənin hansı zəmində və necə baş verdiyi araşdırılır. Nəticə barəsində məlumat veriləcək", - qurumdan məlumat verilib. 
 
Gülnar Nazimqızı 
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol