• $
  • €
  • ₽
  • ₺
  • £

Sabirabadın icra başçısının mülkləri açıqlandı

Sabirabadın icra başçısının mülkləri açıqlandı
15.07.2022 15:11
Qarabağ müharibəsinin iştirakçısı Elvin Cəfərovun intiharından sonra Sabirabadın icra başçısı Siraqəddin Cabbarovun fəaliyyəti tənqid edilməyə başlayıb. Mətbuatda yayılan məlumatlara görə, Cabbarov Binəqədidə icra başçısının müavini olarkən, müxtəlif avtobus marşurutlarını ələ keçirib, rayon ərazisində xeyli ticarət obyektlərinə, mülklərə sahib olub. Hətta bəzi iddialara görə, icra başçısı Binəqədi rayonunda dəyəri 100 minlərlə ölçülən villa tikdirərək, bir xanıma hədiyyə edib.

"AzPolitika.info”-ya verilən məlumatarda isə Siraqəddin Cabbarovun paytaxtın 7-ci mikrorayon adlanan ərazisində çoxsaylı obyektlərə sahib olduğu iddia edilir.
Həmin obyektlərin bir qisminin adını oxucalara təqdim edirik:

– "Aran Ticarət Mərkəzi”;
– "Aran” restoranı;
– Binəqədi rayonu ərazindəki "Qədim Qəbələ” restoranı;
– "100 cars” avtomobil salonu;
– 7-ci mikrorayon ərazisində yerləşən xeyli sayda mağaza və obyekt.
 
Sabirabadlı qazi Elvin Cəfərovun intiharı son günlər ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. Belə ki, Elvin Cəfərov intihar hadisəsindən bir gün əvvəl çəkdiyi videoda Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun ona diqqət göstərmədiyini, qəbuluna düşə bilmədiyini qeyd etmişdi. Elvin Cəfərovun intiharı Sabirabadda baş verən ilk analoji hadisə deyil. Belə ki, bundan bir ay öncə Sabirabad rayonunun Cavad kəndindən olan Qarabağ müharibəsi iştirakçısı Manafov Maşalla cari ilin iyunun 16-da  Sabirabad Rayon İcra Hakimiyyəti binasından çıxdıqdan sonra kəndin ərazisində yerləşən çöl-pay torpağında özünü asaraq intihar etmişdi.

Siraqəddin Cabbarov 1959-cu ildə İmişlidə anadan olub, 1981-ci ildə Politexnik İnstutunun mexanik ixtisasını bitirib. Bir müddət Bakı Metaləritmə zavodunda komsomol katibi olub. 1989-cu ildən 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyətində Təsərrüfat şöbəsinin müdiri və başçının müavini vəzifələrində çalışıb. 2008-ci ildən 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin, 2019-cu ildən bugünədək isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Siraqəddin Cabbarovun Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev sayəsində vəzifə aldığı bildirilir.(azpolitika.info)


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol