• $
  • €
  • ₽
  • ₺
  • £

Günvurma zamanı nə edək?

Günvurma zamanı nə edək?
16.07.2022 11:49
Günvurma(istivurma) bədənin temperatur mübadiləsinin pozulması nəticəsində baş verir. Dolayısı ilə bədən daxilindəki istiliyi ətrafa verərək soyuya bilmir. 
 
Bu barədə Təcili Tibbi Yardım həkimi Əsədulla Ağayev bildirib.
 
Onun sözlərinə görə gündüz saatlarında (12:00-16:00 arası) açıq havada, günün altında uzun müddət gəzmək tövsiyə edilmir.
 
Bundan başqa havalandırılması zəif olan qapalı məkanlarda, avtomobilin içində uzun müddət qalmaq istivurma riskini artırır. Uşaqlar istivurma/günvurmaya daha tez məruz qalırlar, bu səbəbdən onları uzun müddət günün altında saxlamaq tövsiyyə edilmir.

Günvurma/istivurmanın simptomları aşağıdakılardır:
• Baş ağrıları
• Ürəkbulanma/qusma
• Baş gicəllənmə
• Ümumi halsızlıq
• Susuzluq hissi
• Güclü tərləmə
• Bədən temperaturunun artması
• Əzələ qıcolmaları
• Huşun itməsi və s...
 

Həkimə qədər ilkin yardım aşağıdakı kimidir:

• Zərərçəkmişi sərin kölgəli yerə aparın

• Üzərindəki kip, qalın geyimləri çıxardın

• Dərisini nəm parça ilə silin

• Huşu özündədirsə, az-az maye verin (Kofe, alkoqol və energetik tərkibli içki vermək olmaz)

• Əgər zərərçəkmişin huşu yoxdursa, onu sol tərəf üstə uzadıb, dərhal təcili yardım çağırın

• Dəridə yanıqlar əmələ gələrsə, ilk yardım çantasından steril sarğı ilə yaraları örtüb həkimə müraciət edin . 

Heç bir halda yaraya tibbi göstərişi olmayan maye və ya kemlər sürtmək olmaz

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol