• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA sahibkarlara müraciət edib

AQTA sahibkarlara müraciət edib
16.07.2022 13:38
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan bildirilib ki, monitorinqlər zamanı son günlərdə quş əti və quşçuluq məhsullarının baytarlıq şəhadətnaməsi olmadan satış şəbəkələrinə qəbul olunduğu, həmçinin belə məhsulların daşınmasında müvafiq müşayiətedici sənədin olmaması faktları aşkar edilib.

"Agentlik quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, heyvan mənşəli məhsullar, o cümlədən quşçuluq məhsulları xüsusi risk qrupuna daxil olan qida məhsullarıdır və onların istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması və satışı zamanı müvafiq normativ hüquqi aktların tələblərinə əməl edilməməsi qanun pozuntusu olmaqla yanaşı, insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Odur ki, quş əti və quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektləri daha diqqətli olmalı, eyni zamanda satış üçün quş əti və digər quşçuluq məhsullarını qəbul edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər. Ticarət şəbəkələri tərəfindən quşçuluq məhsulları qəbul olunarkən AQTA-nın verdiyi baytarlıq şəhadətnaməsi və ya arayış tələb olunmalıdır. Müvafiq sənəd olmadan qəbul edilən məhsul mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsul hesab olunur".

AQTA bəyan edir ki, bu kimi hallar aşkarlanarsa, ticarət müəssisəsinin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunacaq və onların fəaliyyətinin qarşısı qanunvericiliyin tələbləri çərçivəsində qətiyyətlə alınaca.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol