Baş Prokurorluqdan məktəbli qızın döyülməsi iddiası ilə bağlı AÇIQLAMA

Baş Prokurorluq Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı açıqlama yayıb.
"Bildiririk ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib.
Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcək", - açıqlamada deyilir.
İddialara görə, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran rayon 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova məktəbli qıza attestat vermək adı ilə evə çağırıb və ona fiziki zorakılıq tətbiq ediblər. Buna səbəb məktəblinin Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olduğu bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























