Şəhidin 5 yaşlı övladı vəfat etdi - SƏBƏB

Gəncədə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
2017-ci il təvəllüdlü Həmid Cəfərlinin boğazında şokolad kağızı qalıb. O, təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Müayinə zamanı məlum olub ki, yad cisim azyaşlının nəfəs borusuna düşüb və o nəfəs ala bilmədiyi üçün həyatını itirib.
Həmid Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladıdır.
Faktla bağlı araşdırma aparılır.
Həmid Cəfərli 2020-ci il oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. İxtisasca kəşfiyyatçı olan H.Cəfərli "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.(qafqazinfo)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib