• $
  • €
  • ₽
  • ₺
  • £

Adnan Oktarla adı hallanan azərbaycanlı gənclərin açıqlaması

Adnan Oktarla adı hallanan azərbaycanlı gənclərin açıqlaması
20.04.2014 11:01

Türkiyənin fərqli təriqətçi düşüncələri ilə seçilən ilahiyatçı Adnan Oktarla bağlı son günlər Azərbaycan KİV-lərində silsilə yazılar dərc olunur. Bu yazılarda əsasən onunla əlaqəsi olan gənclər ittiham edilir və bu ittihamlarda bir çox iddialar irəli sürülür. Gənclərin Mənəvi İnkişafı İctimai Birliyində cəmləşən bu gənclər ANS PRESS-ə göndərdikləri açıqlamaları ilə öz mövqelərini ictimaiyyətə çatdırmaq istəyirlər. 

Açıqlamanı olduğu kimi təqdim edirik:

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi təsis edildiyi gündən etibarən əsas hədəfini gənclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi və mənəvi zənginliyinin dərinləşməsi olaraq müəyyənləşdirib. Bu hədəflərini isə öz fəaliyyətlərində əks etdirib. GMİİB-in bu vaxta qədər keçirdiyi bütün tədbirlər müvafiq icra qurumlarının icazəsi və dəstəyi ilə baş tutmuş və cəmiyyətimizə mühüm faydalar verib.

Son günlər isə bəzi kütləvi informasiya vasitələrində jurnalistikanın prinsiplərinə uyğun gəlməyən qaydada GMİİB haqqında yalan və böhtan xarakterli məlumatların yayılmışdır. Bununla əlaqədar olaraq, fikir və söz azadlığına dərin hörmətimizi bildirməklə yanaşı, uydurulan bu məlumatları yayan KİV-ləri kütləvi informasiya vasitələri haqqında qanunvericiliyə əməl etməyə çağırırıq.

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi Azərbaycan dövləti və xalqının inkişafını və bütövlüyünü təmin edən milli-mənəvi dəyərlərini qorumaq, Heydər Əliyevin dövlətçilik prinsiplərinə qəlbən bağlı olan və dünyəvi dövlət quruluşunu və demokratiyanın inkişafını müdafiə edən müasir və bilikli nəsillər yetişdirmək məqsədilə fəaliyyət göstərən gənclər təşkilatıdır.

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi cənab Prezident İlham Əliyevin Azərbaycan gənclərsiyasətini tam dəstəkləyir və bu istiqamətdə atılan addımlara qoşulur.

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi dövlətçiliyimizə və millətimizə təhlükə törədən hər cür daxili və xarici qüvvələrə qarşıdır, bütün belə hallarda daim dövlətinin yanındadır. Təşkilat qəti şəkildə fanatizmə, xurafata və ümumbəşəri dəyərlərə qarşı olan cərəyanlara əks mövqedədir.

Haqqımızda həqiqətə uyğun olmayan əsassız, yalan və böhtan dolu bu məlumatları yayan KİV-lərə qarşı tərəfimizdən qanunvericiliyin tələblərinə uyğun hüquqi addımlar atılacaq.

Qeyd edək ki, Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə bir çox konfranslar keçirilib. Bunlardan biri də 12 may 2012 il tarixdə Bakıda "Heydər Əliyev irsi və dövlətçiliyin qorunmasında mənəvi dəyərlərin rolu" adlı konfransdır. Konfransda çıxış edən natiqlər dövlət və dövlətçilik konsepsiyasından, dövlət qurumunun mühafizəsində mənəvi dəyərlərin müstəsna rolundan danışıblar. Tədbirdə Heydər Əliyevin dövlətçilik prinsipləri xüsusi vurğulanıb və bu prinsiplərin Prezident İlham Əliyev tərəfindən də müvəffəqiyyətlə həyata keçirildiyi qeyd olunub. Dövlətini qoruyan gənc nəslin yetişməsində mənəvi əxlaq və tərbiyənin də xüsusi rol oynadığını vurğulayan mühazirəçilər mənəvi tərbiyə almış insanların hər cür anarxiyaya, qarşıdurmaya, fitnə-fəsada qarşı olduğunu bildiriblər. Konfransda həm də dövlət və milli müdafiə, dövlətin ictimai, sosial və iqtisadi sahələrdəki müstəsna rolu, dövlətə qarşı olan fəlsəfə və ideologiyalara dair mövzulara da toxunulub.

ANS PRESS

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol