Azərbaycanda və dünyada ipoteka kreditləri nə dərəcədə əl çatandır? - ARAŞDIRMA

Azərbaycanda evlərin təxminən 18%-i kirayə verilir, onun da 3-4%-i tələbələrin payına düşür. Bu baxımdan ipoteka kreditlərinə Azərbaycan vətəndaşlarının külli miqdarda ehtiyacı var. Bu barədə daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov məlumat verib.
Ölkədə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vasitəsi ilə verilən güzəştli və nisbətən aşağı faizli ipoteka kreditlərindən əhali bəhrələnə bilirmi?
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, 2006-cı ildən bu yana Azərbaycanda 39681 ipoteka krediti verilib.
Elnur Azadovun fikrincə, Azərbaycanda ipoteka kreditlərinin şərtləri başqa ölkələrə nisbətən sərtdir.
"İpoteka mexanizmi son 10-15 ildə tədricən təkminləşib. İlk illər ancaq 50 min manata yaxın kredit əldə etmək mümkün idisə , hazırda məbləğ 150 min manata kimi artırılıb. Faizlərin də 1-2% azaldılması kimi təkliflər də var. İlkin ödəniş şərtləri yumşalsın, ola bilər ki, bəzi gəlirləri az olan ailələrin kreditləri digər ehtiyat fondları tərəfindən nəzərə alınsın. Ümumilikdə daşınmaz əmlakın ucuzlaşması ilə bağlı tədbirlər görülməlidir. Yəni kredit şərtlərini 1-2 faiz azaltmaqdansa daşınmaz əmlakın qiymətləri aşağı salınmalıdır. Bununla belə inşaat materiallarının qiyməti aşağı, vergi daha yumşaq tətbiq olunmalıdr. Bununla da tikilən binaların qiymətləri ucuzlaşacaq", - Azadov bildirib.
Hazırda adi ipoteka kreditləri üzrə maksimal kredit məbləği 150 min manat, faiz dərəcəsi illik 8 faiz, güzəştli ipoteka kreditləri üzrə isə maksimal məbləğ 100 min manat, faiz dərəcəsi 4 faiz təşkil edir.
MİDA-nın bu ilin martında 442 mənzil üzrə keçirdiyi güzəştli mənzil satışında 25 minə yaxın şəxsin müraciət etməsi ölkədə evsiz olan və dövlət təyinatlı ipoteka kreditindən yararlana bilməyənlərin sayının yüksək olduğundan xəbər verir.
Azərbaycanda ipoteka şərtləri hansılardır?
Azərbaycanda ipoteka şərtlərində, rəsmi iş yerinin olması və əmək haqqı barədə məlumat tələb olunur.
Azərbaycanda ipoteka şərtlərində, rəsmi iş yerinin olması və əmək haqqı barədə məlumat tələb olunur.
Ipoteka kreditinə müraciət edən zaman ailə tərkibi haqqında arayış da təqdim edilməlidir. .
Elnur Azadov hesab edir ki, Azərbaycanda tikinti materiallarının qiymətləri qalxdığına görə, Azərbaycanda yoxsul təbəqələrin ev almaq kimi şansı azdır.
Elnur Azadov hesab edir ki, Azərbaycanda tikinti materiallarının qiymətləri qalxdığına görə, Azərbaycanda yoxsul təbəqələrin ev almaq kimi şansı azdır.
"Ailədə bir şəxs işləyirsə, onun aylıq gəliri ortalama 600-700 manatdan azdırsa, himayəsində 2-3 nəfər uşaq varsa, bu halda ən kiçik məbləğ götürülsə belə, kredit üçün vəsait çatmır. Ailədən azı iki nəfər valideyn işləməlidir. Onların rəsmi gəlirləri 1000 manatdan az olmamalıdır. Bu halda onlar təxminən 30 min manat məbləğində kredit götürə bilərlər. 30 min manat pul ilə ancaq bir otaqlı, şəhər kənarlarında əmlak almaq olar", - ekspert vurğulayıb.
İpoteka kreditləri üzrə güzəştlərdən kimlərin istifadə etmək hüququ var?
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər ipoteka ala bilərlər.
Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları).
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları).
Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı, övladları).
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs.
Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs.
Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs.
Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs.
İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer)
Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları("Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
Digər ölkələrdə ipoteka şərtləri necədir?
Avstriyada ipoteka krediti ilə təkcə mənzil və ev deyil, istənilən əmlak almaq olar. Amma bunun üçün müştəri Avropa Birliyində gəlirinin olduğunu, eləcə də alacağı əmlakın yarısı qədər sərvətinin olmasını isbatlamalıdır. Bu tələblərə cavab verən müştərilər ipoteka kreditini avro ilə illik 3-5%-lə, ilkin ödəniş 20%-dən başlamaqla götürə bilərlər. Kreditin müddəti kommersiya obyekti üçün 10-15 il, mənzil və evlər üçün 20 ilədək təşkil edir.
Bolqarıstanda ipoteka krediti götürmək Avstriyadakı kimi çətin deyil, xaricilər burada illik 7,5% və ilkin ödəniş 30%-lə, avroda və ya yerli valyutada – levdə kredit götürə bilərlər. Yerli sakin zamin dayansa xarici vətəndaşa krediti illik 3-4%-lə də ayrırlar. Yeganə tələb odur ki, müştərinin Bolqarıstandakı bankda hesabı və bu hesabda 1 illik ödəmə həcmi qədər depoziti olmalıdır. Kredit müddəti 20 ildir.
Almaniyada xaricilər rahatlıqla ipoteka krediti götürə bilərlər, şərtlər də tam uyğun hesab edilir. Avroda, illik faiz dərəcəsi 2,3-3,5%, illik faiz dərəcəsi 30%, müddət 5-30 il olmaqla kredit almaq olar. Amma bunun üçün müştəri və obyekt sahibi bəzi tələblərə cavab verməlidir. Əvvəla 30% ilkin ödəniş və sabit gəlir mənbəyi olmalıdır. Obyektin qiyməti 100 min avrodan az olduqda onu almaq çətinləşir. Yaşayış olmayan evləri və çətin satılan əmlakları da ipoteka ilə almaq çətindir. Kredit müraciətinə 1-2 aya baxılıb cavab verilir, üstəlik banklar müştərinin ödəmə qabiliyyətini yoxlamaq üçün əlavə sənədlər də tələb edə bilərlər. Banklar ən rahat 300 min avro və daha yüksək məbləğdə olan kreditləri verirlər.
Yunanıstan vaxtilə ipoteka kreditlərinin ən yaxşı verildiyi ölkə idi, formal olaraq həmin şərtlər indi də qüvvədədir. Avro ilə illik 5,6%, ilkin ödəniş 40%, müddət 15 il olmaqla kredir almaq olar. Banklar belə kredit ayıracaqları müştəridən illik 30 min avroluq gəlir sənədi tələb edir, üstəlik, 50 min avroyadək evlərə kredit ayırmırdılar. Amma indi bu proqram müvəqqəti dayanıb. Nə vaxt bərpa olunacağı bilinmir. Amma bu ölkədə 250 min avroluq əmlakla həm də yaşayış izni əldə etmək olar.
Formal olaraq İtaliyada xaricilər üçün ipoteka krediti var. Avro ilə illik 3-5%, ilkin ödəniş 40-50% olmaq şərtilə 20 illik müddətə. Amma bu yalnız kağız üzərindədir. İtaliya bankları Avropada yaşamayan ölkələrin vətəndaşlarının kredit müraciətlərinin 95%-nə imtina verirlər. Əsas problem ödəniş qabiliyyətidir. Krediti o müştərilərə verilir ki, Avropa İttifaqında gəliri var və bunu sübut edə bilir.
Avropada ən ucuz əmlakı Baltikyanı ölkələrdə tapmaq olar. Amma burada ipoteka kreditinə tələblər də sərtdir. Formal olaraq xaricilər avro ilə, illik 4,5-6%-lə, 30% ilkin ödənişlə, 5-20 illik kredit götürə bilərlər. Amma Latviya bankları müştərini diqqətlə, hətta xırdaçılıqla yoxlayırlar. Məsələn, müştərinin təkcə gəlirləri deyil, xərcləri də nəzərə alınır, son iki illik gəlirləri çıxarılır. Gəlirləri təsdiqləmək üçün isə yalnız xüsusi təsdiqlənmiş sənədlər tələb olunur. Kredit müraciətinin özü də müştəriyə 2 min avroya başa gəlir. Buna baxmayaraq Latviyadakı hər iki xarici vətəndaşdan biri ipoteka götürmək istəyir.
Başqa ölkələrə baxanda Polşada ipoteka şərtləri yaxşıdır. Burada ipoteka krediti ilə evi 10%-dən başlayan ilkin ödənişlə, illik 4-4,5% faiz dərəcəsi ilə 30-35 illiyə götürmək olar. Kredit avro ilə yanaşı, yerli valyuta – zlotıda, İsveçrə frankında və dollarda verilir. Amma şərtlər fərqlidir. Polşa bankları o müştəriyə ipoteka krediti verirlər ki, onun ölkədə azı bir illik müvəqəti yaşama izni olsun. Bu məsələni əmək müqaviləsi bağlamaqla həll etmək olar – Polşada əmək müqaviləsi ilə cəmi 6 ay işləmək kifayətdir ki, ipoteka kredit müraciətinə baxılsın. Maraqlı detal – Polşada bankla danışıb ipoteka kreditinin faizini azaltmaq olur.
Sloveniya bankları xarici investorlara həvəslə kredit verirlər, elə müştərilər üçün də illik 2-2,5% faiz dərəcəsi stimulverici amil kimi dəyərləndirilə bilər. İlkin ödəniş 30%, müddət 5-10 ildir. Sloveniyada kommersiya obyektlərini də ipoteka ilə almaq olar, amma onun müddəti – icarə müqaviləsi müddəti + 2 ildir. Faiz dərəcəsinin aşağı olması, kreditlə alınıb icarəyə verilən əmlakın gəlirliyini ildə 6-7%-ə yüksəldir ki, bu da Avropa üçün əla göstəricidir.
Xorvatiya banklarının əksəriyyəti xarici vətəndaşlara ipoteka krediti vermir. Hazırda xaricilər yalnız Raiffeisen və Erste banklarından kredit götürə bilərlər. Amma onların Xorvatiyada yaşayış icazəsi və işi olmalıdır. Burada krediti yerli valyuta olan kuna ilə götürmək mümkündür, şərtlər 4,3% illik, 40% ilkin ödəniş, müddət 3-20 ildir. Kreditin maksimum məbləği 250 min avrodur.
Avropanın ən məşhur əmlak bazarlarından biri olan Çexiyada əmlakı cəlbedici edən amillərdən biri sərfəli ipoteka şərtləridir. Burada krediti çex kronunda, illik 3% dərəcə ilə, 40% ilkin ödənişlə götürmək mümkündür. Krediti yalnız 65 yaşına çatmayan şəxslər ala bilər. Çexiyada yaşayıb işləyən xaricilər krediti 2,5%-lə də götürə bilərlər. Amma müqaviləyə əsasən, bu faiz dərəcəsi 3-4 il qüvvədə olacaq, sonrakı müddətdə isə faizlər dəyişə və bazar qiymətlərindən asılı olaraq arta və ya azala bilər. Burada heç də bütün əmlakları ipoteka ilə almaq olmur, banklar likvid obyektlərə, xüsusilə də yeni tikililərə daha həvəslə kredit ayırırlar.
Avropanın ən böyük data analizi və toplama mərkəzi sayılan "Statista”-nın məlumatına görə, hazırda Avropa qitəsində ən ucuz illik ipoteka faizi Portuqaliya (0.61%), Danimarka (0.67%) və Finlandiyada (0.72%) müşahidə olunur. Digər ölkələrdə isə bu göstərici 1 faizdən yüksəkdir.
Avropada ən böyük illik ipoteka faizləri isə Polşa (4.6%), Macarıstan (4.33%) və Rumıniyadadır (3.68%).
Aytac Zeynalova
Avropada ən böyük illik ipoteka faizləri isə Polşa (4.6%), Macarıstan (4.33%) və Rumıniyadadır (3.68%).
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























