• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdən gələn vətəndaşların sayı açıqlanıb

Xaricdən gələn vətəndaşların sayı açıqlanıb
18.07.2022 12:12
2022-ci ilin yanvar-iyununda dünyanın 166 ölkəsindən 638,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 25,0 faizi Rusiya Federasiyası, 23,8 faizi Türkiyə, 13,0 faizi İran, 5,2 faizi Gürcüstan, 4,6 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 2,3 faizi Ukrayna, 1,8 faizi Qazaxıstan, hər birindən 1,3 faiz olmaqla Küveyt və Böyük Britaniya, 14,1 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 78,3 faizini kişilər, 21,7 faizini qadınlar təşkil etmişdir. Bu barədə Dövlət statistika komitəsi məlumat yayıb.
 

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 751,9 dəfə, Səudiyyə Ərəbistanından - 252,7 dəfə, Küveytdən - 147,3 dəfə, Bəhreyndən - 57,4 dəfə, Pakistandan - 51,0 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 41,7 dəfə, Hindistandan - 32,1 dəfə, İsraildən - 9,9 dəfə, ABŞ-dan - 5,9 dəfə, Qazaxıstandan - 5,5 dəfə, Almaniyadan - 3,4 dəfə, Fransadan - 2,8 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 2,0 dəfə, İrandan - 1,9 dəfə, Ukraynadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, Gürcüstandan - 21,9 faiz artmışdır.

2021-ci ilin yanvar-iyunu ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,2 dəfə artaraq 147,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 33,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 205,8 min nəfər olmuşdur.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 faizi hava, 41,7 faizi dəmir yolu və avtomobil, 1,7 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                                                                             
 
2021-ci ilin yanvar-iyunu ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,3 dəfə artaraq 680,8 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,2 dəfə, Türkiyəyə gedənlərin sayı 2,7 dəfə, Gürcüstana gedənlərin sayı 2,0 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 29,1 faiz artmışdır. Ölkə vətəndaşlarının 47,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 13,3 faizi İrana, 8,1 faizi Gürcüstana, 15,3 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 65,9 faizini kişilər, 34,1 faizini qadınlar təşkil etmişdir.

2022-ci ilin yanvar-iyunda xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 55,4 faizi hava, 42,0 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.
 
Aytac


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol