• $
  • €
  • ₽
  • ₺
  • £

ANS-in bağlanmasından 6 il ötür- Keçmiş ANS-çilər danışdı

ANS-in bağlanmasından 6 il ötür- Keçmiş ANS-çilər danışdı
18.07.2022 21:04
ANS TV-nin bağlanmasından altı il ötür. Bəs Azərbaycanın ilk müstəqil telekanalı olan ANS keçmiş əməkdaşlarının xatirəsində necə qalıb?
 
ANS-də çalışmış Ləman Ələşrəfqızı söyləyir ki, ANS bağlanmamışdan bir ay qabaq oradan ayrılıb.
 
"Hamımız ANS elindən çıxmış müxbirlərik. Ancaq bunun məsələyə aidiyyatı yoxdur. Artıq mən öz işimi qurmuşam, keçmiş ANS bərpa olunsa belə qayıtmaram.  ANS daxil olmaqla, heç bir telekanal süddən çıxmış ağ qaşıq deyil. Orda işlədiyim müddətdə yaxşı tərəflərini də gördüm, pis tərəflərini də. Mənim ordakı imzamın bəhrəsini başqaları gördü. Öz imzamı isə ANS vaitəsilə tanıtmamışam. Mən ANS Tv-ə  populyar müxbir kimi getmişəm. Misalı pis də çıxsa, atın qabağına ət, itin  qabağına ot qoyurdular. Orda bizim başımıza lazımsız adamları baş redaktor, yüksək vəzifəyə qoyurdular. Ona görə heç vaxt qayıtmaram. Allah ANS-in qapısını açsın".
 
Rahil Sayadoğlu söyləyir ki, ANS Tv-də  həm televiziya, həm efir təcrübəsi qazanıb.
 
"ANS-də 2014-2016 cı illərdə fəaliyyət göstərmişəm. Bu iki ildə mənə çox şey öyrətdilər. Əsas kollektivin peşəkar olması mənə təcrübə qazandırdı. Hazırda ANS-in yeri görünür və həsrətini çəkirəm.  Bərpa olunmağını çox istərdim. Ümid edirəm ki, ANS-in loqosu yaxın zamanda efirdə görünəcək. ANS olsa, hazırda kanallar arasında rəqabət də olar".
 
ANS-in idman müxbiri kimi populyar olan Asif Bağırov bildirir ki, 18 il işlədiyi kollektivdən çox şey öyrənib. 

"ANS Tv-dən 2009-cu ildən ayrılmışam. Çox adam ANS-dən əməkdaşların mübahisə, hətta mən deyərdim müharibə ilə ayrıldığını deyir. Kollektiv böyük ailədir. Amma 1991-ci ildə çalışdığım kollektivdə təsisçilər Seyfulla və Vahid Mustafayevlər, həmçinin Mirşahin Ağayev mənə kiçik qardaş gözü ilə baxıb. Odur ki, mənim ordan qalmaqalla ayrılmağım mümkünsüz idi. Hazırda ANS-in davamçısı yoxdur və mümkün deyil. Belə bir söz var ki, insan bir çayda bir dəfə çimə bilər. İkinci dəfə çayın suyu fərqli olur...  Dünən ANS şirkətlər qrupunun prezidentinin müşaviri olmuş Mais Məmmədovu son mənzilə yola saldıq. Açığı mən orada ANS-çilərin olacağını gözləyirdim. Amma təəssüf ki, cəmi 10-15 ANS-çi olarıdı ya  yox. Fikrimcə, belə gün iki cəbhəyə bölünmüş ANS-çiləri birləşdirməyibsə,  yeni ANS kanalı ideyasının  real perspektivi görünmür". 
 
Tünzalə Rafiqqızının fikrincə, ANS kimi bir kanal tarixdə qalıb.
 
"Azərbaycan mediası hazırda geriyə doğru getməkdədir. ANS Azərbaycan mediasında dərin iz qoyub. Nə yaxşı ki, mən bu yoldan keçmişəm. Həmin vaxtlarda  çəkdiyim acılar, axıtdığım göz yaşları qədər darıxdığım heç nə yoxdur. Biz yaxşı şeyləri itirdikdən sonra qədrini bilidirk. ANS-də yetişən hər bir şəxs, operator, sürücü belə istənilən yerə getsə öz sahəsinin peşəkarı olar. ANS peşəkarlar yetişdirib. ANS-in açılmasını hər gün arzulayırm. ANS yenidən bərpa olunsa və dəvət alsam, düşünmədən qəbul edərəm. ANS bir məktəbdir". 
 
Jurnalist Etibar Məmmədov ANS Tv-ni belə xatırlayır.
 
"Mən ANS bağlananda orda fəaliyyət göstərmirdim. Ancaq buna baxmayaraq, hər kəs məni ANS-çi kimi tanıyırdı. Mənim jurnalist kimi ərsəyə gəlməyimə ANS-in rolu müstəsnadır. Vahid Mustafayev başda olmaqla, Mais Məmmədov, Seyfulla Mustafayev, Mirşahin mənim müəllimlərim olaraq qalacaqlar.  Hazırda əvvəlki ANS yaransa düşünmədən gedərdim. ANS-də fəaliyyət göstərən hər bir şəxs belə bir arzu ilə yaşayırdı. Biz ANS-çi ideologiyası ilə yaşamışıq. Hər bir kanal özünə görə təkar olunmazdı. Ancaq mən düşünürəm ki, hansısa kanal ANS-in yolunu davam etdirsin. ANS təkrar olunmazdır". 
 
Hazırda Report informasiya agentliyinin redaktoru Tural Səftərov da bildirir ki, ANS təkcə televiziya deyil, həm də həyat tərzi idi.
 
"Günün əksər hissəsi orda keçirdi. Çox xoşbəxtəm ki, Mirşahin Ağayev ", Vahid və Seyfulla Mustafayevlərdən jurnalistika və televiziyaçılıq sirlərini öyrənmişəm. ANS-çi bu gün istənilən mediada öz sözünü deyir. Çünki ANS sözün əsl mənasında məktəb idi.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq ANS Müstəqil Yayım və Media Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq ANS ÇM Yayım və Media Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.

Daha sonra MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol