Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır- Bu tarixədək

Müharibə nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri kömək etmək üçün Qarabağa daxil olub. Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Armenpress”ə müsahibəsində deyib.
"Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq. Müdafiə Ordusuna (Qarabağdakı separatçı erməni silahlı birləşmələri - red.) gəlincə, o, Qarabağda olub və orada qalmaqda davam edir”, - Qriqoryan bildirib.
O, qeyd edib ki, sentyabrdan sonra Qarabağda erməni çağırışçı olmayacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























