Elvin Cəfərovun anasının iddialarına - Rəsmi cavab

Sabirabadda özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovun anası Ruqiyyə Cəfərova övladının niyə bu addımı ata biləcəyi ilə bağlı sualı cavablandırıb.
Onun iddiasına görə, oğlu pensiyasının kəsildiyini, yerli qurumlardan kifayət qədər diqqət görmədiyini bildirib. Rəsmi qurumlar qazi anasının iddialarına aydınlıq gətiriblər, məsələ ilə bağlı növbəti dəfə açıqlama veriblər.
Qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov isə qardaşına şəhid statusu verilməsini istəyib. "Mənim qardaşıma şəhid status verilsin, ruhu şad olsun... ”
Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı mövzu ilə bağlı saytımıza belə açıqlama verib: "Cəfərova Ruqiyə Musa qızının müraciəti ilə bağlı bildiririk ki, vətəndaş Dövlət Məşğulluq Agentliyi tərəfindən həm özünüməşğulluq proqramına cəlb olunaraq aktivlərlə, həm də məşğulluq orqanının göndərişi əsasında işlə təmin olunub.
Ona 6 iyul 2021-ci ildə 16 saylı Ərazi Məşğulluq Filialı tərəfindən proqram çərçivəsində mal-qara və 400 kq yem təqdim edilib. Daha sonra isə məşğulluq filialı tərəfindən Ruqiyə Cəfərovaya iş yerinə göndəriş verilib və onun 8 avqust 2021-ci tarixində işəgötürən ilə əmək müqaviləsi imzalanıb. Qeyd edim ki, Cəfərov Elvin Zakir oğlu da Dövlət Məşğulluq Agentliyi tərəfindən öz razılığı əsasında ictimai iş ilə təmin olunmuşdu. Allah qazimizə rəhmət etsin. Onun ailəsinin sosial təminatı bundan sonra da diqqətimizdə olacaq”.
Bundan başqa, qazimizin pensiya hüququ olan 3 ailə üzvünə də 886,50 manat məbləğində ailə başçısını itirməyə görə pensiya təyin ediləcək. Həmçinin ailəyə 720 manat məbləğində dəfn üçün müavinət ödəniləcək”.
Br neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi orada dünyasını dəyişib. O intihar etməzdən öncəki son videosunda Sabirabad rayon icra başçısının qəbuluna düşə bilmədiyini bildirmişdi. Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbəri Siraqəddin Cabbarov isə dəfələrlə mərhum qazi ilə görüşdüyünü, problemlərini dinlədiyini demişdi.
Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib ki, Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























