Beynəlxalq Kimya Olimpiadasında 4 azərbaycanlı medal qazanıb

10-18 iyul 2022-ci il tarixlərində Çində 54-cü Beynəlxalq Kimya Olimpiadası (IChO) onlayn şəkildə təşkil edilib. Olimpiadada Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar” liseyinin XI sinif şagirdi Nəriman Şirinli gümüş medal, Təhsil Nazirliyinin tabeliyindəki Gəncə şəhəri Fizika-riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Məhsəti Piriyeva, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Dəniz Səttarlı və Astara rayonu Pensər kənd Z.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov bürünc medal qazanıb.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























