• $
  • €
  • ₽
  • ₺
  • £

Gözdən əlillər nazirliyin qarşısında etiraz aksiyası keçirib - Açıqlama

Gözdən əlillər nazirliyin qarşısında etiraz aksiyası keçirib - Açıqlama
19.07.2022 17:30
Bu gün bir qrup gözdən əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında toplaşaraq mənzil təminatı ilə bağlı etiraz aksiyası keçiriblər.

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məsələ ilə bağlı açıqlama yayıb.
 
O bildirib ki, aidiyyəti rəhbər şəxslər onları qarşılayıb qəbula dəvət etsələr də, həmin şəxslər bundan imtina ediblər: "Hər birinin müraciəti araşdırılıb. Müəyyən olunub ki, gələnlərin bir çoxunun mənzil təminatı həyata keçirilib. Mənzillə təmin olunmaq hüququ yaranmayan şəxslərə isə aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub. Həmçinin mənzil növbəsində olanlara isə növbəti dəfə Abşeron rayonunda yeni yaşayış kompleksindən mənzillər təklif olunsa da, onlar Bakı şəhərinin digər rayonlarından mənzil tələbi irəli sürüblər. Onlara bildirilib ki, bu məsələyə də yalnız növbəlilik qaydasında baxılacaq.

Müraciət edənlər sırasında I qrup gözdən əlilliyi olan Nuranə Cabbarlının anası Aygün Cabbarova aqressiv şəkildə, etik normalardan kənar davranışları ilə seçilib. O, əməkdaşları təhqir edib, asayişi pozmaq üçün bir neçə dəfə cəhdlər edib. Məlumat üçün bildirək ki, Aygün Cabbarovanın ailəsinə nazirlik xətti ilə kifayət qədər dəstək göstərilib. Özü qulluğa görə aylıq olaraq təqaüd alır. Həyat yoldaşı Cəbi Cabbarov Qarabağ əlili kimi 657 manat, Qızı Nuranə aylıq olaraq 458 manat sosial ödənişlərlə (pensiya və təqaüd) təmin edilib.

Həmçinin müharibə əlili olan Cəbi Cabbarova 2021-ci ildə nazirliyin dəstəyi ilə sosial tərəfdaş vasitəsilə Mingəçevir şəhərində 3 otaqlı tam təmirli mənzil hədiyyə edilib. Əlavə olaraq, 2020-2021-ci illərdə ailəyə birdəfəlik maddi yardımlar edilib. O, hazırda "Azəriqaz” İB-də çalışır, əmək haqqı 988 manatdır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol