Avstriyada illik inflyasiya 1975-ci ildən bəri ən yüksək həddə çatıb

İyun ayında Avstriyada illik inflyasiya 1975-ci ilin sentyabrından bəri ən yüksək göstərici olub və 8,7% təşkil edib. Bu barədə Avstriya Statistika Federal Statistika İdarəsinin mətbuat xidməti öz saytında məlumat yayıb.
"İstehlak qiymətləri 8,7% artımla son 47 ilin ən yüksək inflyasiya səviyyəsinə çatıb. Biz Avstriyada sonuncu dəfə 1975-ci ilin sentyabrında belə yüksək inflyasiyanın şahidi olmuşuq”, - "Statistik Avstriya” şirkətinin baş direktoru Tobias Tomas bildirib.
Statistika idarəsindən bildirilib ki, əvvəlki ayla müqayisədə istehlak qiymətlərinin artım tempi 1,4 faiz təşkil edib. Mayın sonunda inflyasiya 1976-cı ilin aprelindən bəri ən yüksək həddə 7,7% səviyyəsinə çatıb.
Tomasın sözlərinə görə, yanacağın, qidanın, məişət elektrik enerjisinin və restoranların bahalaşması inflyasiyanın artmasına səbəb olub. O qeyd edib ki, qiymət artımı xüsusilə həftəlik alışlarda nəzərə çarpır. Yanacaq, ərzaq və xidmətlərdən ibarət mini səbətin qiyməti illik ifadədə 18,8% bahalaşıb.
Bundan əvvəl iyulun 19-da avrozona ölkələri arasında ən yüksək illik inflyasiyanın Estoniyada qeydə alındığı bildirilmişdi.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib