• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik telefondakı bu proqramlarla bağlı XƏBƏRDARLIQ etdi

Nazirlik telefondakı bu proqramlarla bağlı XƏBƏRDARLIQ etdi
20.07.2022 10:42
"Android” platformasında mövcud olan və 3 milyondan çox istifadəçinin yüklədiyi bəzi tətbiqlərdə "Autolycos” adlı yeni zərərverici proqram aşkarlanıb. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bəyan edib.

Bu proqram istifadəçiləri gizli şəkildə ödənişli xidmətlərə abunə edir və onlara məxsus fərdi məlumatları ələ keçirir. Həmin tətbiqlər cihazda quraşdırıldıqdan sonra SMS məzmununu oxumaq üçün də icazə istənilir. "Autolycos” adlı yeni zərərverici proqramın hazırda mövcud olduğu tətbiqlər aşağıdakılardır:

– "Funny Camera”
– "Razer Keyboard & Theme”
– "Vlog Star Video Editor”
– "Creative 3D Launcher”
– "Wow Beauty Camera”
– "Gif Emoji Keyboard”
– "Freeglow Camera 1.0.0”
– "Coco Camera v1.1”


Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə bu tipli zərərverici proqramlardan qorunmaq üçün aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:

– Qurğularınızda yuxarıda adları sadalanan tətbiqlər mövcuddursa, onları vaxt itirmədən silin.

– Tətbiqləri yalnız rəsmi və təsdiqlənən mənbələrdən yükləyin.

– "Android” əməliyyat sistemi ilə işləyən qurğularınızda arxa fonda internet istifadəsi və batareya sərfiyyatı çox olan tətbiqlərə şübhə ilə yanaşın və istifadə etmədiyiniz tətbiqləri qurğularınızdan silin.

– Qurğularınızda təhlükəsizlik yenilənmələrini quraşdırın və antivirus həllərindən istifadə edin.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol