Tofiq Yaqublu saxlanılıb? - AÇIQLAMA

Bu gün Nazirlər Kabinetinin qarşısında quru sərhədlərin açılması tələbi ilə aksiya təşkil edən müxalifət fəalı – Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb, bu barədə siyasi fəalın qızı Nigar Həzi öz sosial hesabında məlumat paylaşıb.
O bildirib ki, atası Tofiq Yaqublu və həyat yoldaşı Seymur Həzi 39-cu polis bölməsinə aparılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən anews.az-a açıqlamasında bildirilib ki, bu gün keçirlən aksiyada nə Tofiq Yaqublu, nə də Seymur Həzi saxlanılmayıb.
"Ümumiyyətlə bu gün keçirlən aksiya zamanı heç bir iştirakçı saxlanılmayıb. Onlar sadəcə ərazidən uzaqlaşdırılıblar", - qurumdan məlumat verilib.
İyulun 20-də Bakıda bir qrup şəxs Nazirlər Kabinetinin qarşısına yığışaraq quru sərhədlərin açılması tələbi ilə aksiya keçirib.
Aksiyaçılar yolboyu "Sərhədləri bağlama, xalqı əsir saxlama" deyə şüarlar səsləndiriblər.
Aksiyanın təşəbbüskarı Müsavat Partiyasının üzvü Tofiq Yaqublu olub.
Aytac Zeynalova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























