Səhiyyə naziri tədbirə maska ilə qatıldı - Foto

Səhiyyə Naziri Teymur Musayevin Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee ilə görüşü diqqət çəkib.
Tədbir zamanı nazir və digər iştirakçıların tibbi maskadan istifadə etməsi maraq doğurub. Görüşdə iştirak edən beş nəfərin hamısı maska taxıb.
Son günlər Azərbaycanda və dünyada koronavirusa yoluxma sayında artım müşahidə olunur. Ötən sutka ölkədə yeni yoluxma sayı 257, ölüm sayı isə 4 nəfər olub.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayaraq, qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə etmişdi.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib