• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Xocalıda döyüş mövqeləri yaradır - Video

Ermənilər Xocalıda döyüş mövqeləri yaradır - Video
20.07.2022 16:14
Ötən axşam Ermənistan Silahlı Qüvvələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə tikinti işləri həyata keçirməyə başlayıb.

"Haqqın.az” xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sözügedən qanunsuz fəaliyyətin qarşısını almaq məqsədilə  xəbərdarlıq atəşi açıb və bütün qabaqlayıcı tədbirlər görülüb. Bu xüsusda, Rusiya sülhməramlı kontingentinin komandanlığı məsələ ilə bağlı məlumatlandırılıb. 

Məlumata görə, 1 saat sonra insident ərazisinə bir qrup sülhməramlı gəlib. 

Bildirilir ki, Rusiya sülhməramlıları Ermənistan Silahlı Qüvvələrinin qanunsuz fəaliyyətini və görülən işləri dayandırmaq əvəzinə, əksinə, erməni dəstələrinin təhlükəsizliyini təmin edərək, gecə saatlarında işin davam etdirilməsinə şərait yaradıblar.

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində Qarabağdakı sülhməramlıların işini tənqid edib. Onun sözlərinə görə, bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən Azərbaycan Müdafiə Nazirliyinə söz verib ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq: "Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol