• $
  • €
  • ₽
  • ₺
  • £

“PAŞA Bank”ın İdarə Heyətinə yeni təyinatlar olub

“PAŞA Bank”ın İdarə Heyətinə yeni təyinatlar olub
21.07.2022 14:14
Bu gün "PAŞA Bank” ASC-ni Müşahidə Şurasının qərarına əsasən, bankın İdarə Heyətinin tam tərkibdə formalaşması yekunlaşıb. Bu barədə bankdan bildirilib.
 
Belə ki, bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev Bankın İdarə Heyəti sədrinin müavini təyin edilib. Bəhruz Nağıyev yeni təyinatında satış və biznes innovasiyaları istiqamətlərinə rəhbərlik edəcəkdir.

Eyni zamanda "PAŞA Holding” MMC-nin Qrup üzrə Maliyyə və İT Departamentinin direktoru Murad Süleymanov "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı təyin edilib.

 Bəhruz Nağıyev "PAŞA Bank" komandasına Xəzinədarlığa nəzarət üzrə mütəxəssis qismində 2011-ci ildə qoşulub, 2013-cü ildə isə o, Menecment İnformasiya sistemi və Büdcə funksiyası üzrə eksperti vəzifəsinə təyin edilib. 2014-cü ildə B. Nağıyev Xəzinədarlıq və Kapital bazarlar departamentinin direktoru təyin edilib. 29 mart 2018-ci ildə B.Nağıyev Baş maliyyə İnzibatçısı və İdarə Heyətinin Üzvü təyin edilib.

Murad Süleymanov əmək fəaliyyətinə 2008-ci ildən "EY” şirkətinin Azərbaycan nümayəndəliyində başlayıb və burada audit mütəxəssisi, audit eksperti və baş ekspert vəzifələrində çalışıb. 2011-ci ildə M.Süleymanov "PAŞA Sığorta” şirkətində Maliyyə departamentinin direktor müavini və 2013-cü ildən direktor vəzifəsinə təyin edilmişdir. 2015-ci ilin noyabr ayından isə M. Süleymanov şirkətinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol