• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il büdcəyə neçə milyon manat bərpa edilib?

Bu il büdcəyə neçə milyon manat bərpa edilib?
21.07.2022 21:30
2022-ci ilin İş planı üzrə başa çatdırılmış kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirlərinin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarlarına əsasən pul, əvəzləşmə və natura ifadəsində cəmi 16,4 mln. manat məbləğində vəsaitin bərpası təmin edilib. Bu barədə Hesablama Palatasının 2022-ci ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatda qeyd olunub.

Bildirilib ki, 6,5 mln. manat məbləğində müvafiq obyektin investor smeta dəyərinin azaldılması, 6,9 mln. manat məbləğində debitor borcun bağlanılması ilə bağlı tədbirlər müəyyən edilib.

Eyni zamanda hesabat dövründə də əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış addımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılmış, əvvəlki illərin nəzarət tədbirləri üzrə 2022-ci ilin ilk 6 ayında pul, natura və əvəzləşdirmə formasında 2,7 mln. manat vəsaitin bərpası təmin edilib. Bundan əlavə, 943,4 min manat məbləğində debitor borc bağlanılmış və ya ləğv edilmiş, maliyyə hesabatlarında və uçotunda aşkar edilmiş təhriflərlə bağlı aidiyyəti düzəlişlər edilməklə 681,7 mln. manat hesabatlarda əks etdirilmiş, vergi bəyannamələrində dəqiqləşmələr aparılmış, intizam tənbeh tədbirləri tətbiq edilib. Eləcə də strukturun optimallaşdırılması ilə bağlı tədbirlər keçirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol