• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda qazilər əlilik təyinatı ala bilmir - Rəsmi qurumlar nə deyir?

Lənkəranda qazilər əlilik təyinatı ala bilmir - Rəsmi qurumlar nə deyir?
21.07.2022 17:28
Lənkəranda yaşayan İkinci Qarabağ Müharibəsi qaziləri Murad Bədəlzadə və Asin Şahbazlı əliliklərinin təyin olunmamasından intihar həddinə çatdıqlarını deyirlər, bu barədə onlar anews.az-a şikayət edərək bildiriblər.
 
Şahbazlı Şahin Xüsusi Təyinatlı gizir olub və Şuşa uğrunda gedən döyüşlərə qədər vuruşub.
 
"Vətən uğrunda döyüşmüşəm. Ağır trammalarım var. Sol ayağımın bir hissəsi işləmir. Onurğamda yırtıqlar var, əməliyyat olunmalıyam. "YAŞAT" Fonduna müraciət edirəm. Deyirlər sənin əlilik dərəcən təyin olunmadan yardım edə bilmərik. İki il müddətində əlilik dərəcəmi də müəyyən edə bilmirlər. Hər dəfə Lənkəran şəhər Psixiatriya Xəstəxanasına müayinə üçün müraciət etsəm də deyirlər sistem işləmir. Xəstə olduğum üçün də normal iş tapa bilmirəm. Nə qədər belə ortalıqda gəzəcəm. Biz döyüşdük deyə hər şeydən kənarda qalaq? Dərdimizi kimə deyək axı? Kirayədə qalıram. Hər dəfə dostların hesabına ödəyirəm kirayə pulunu. Bu dəfə isə smartfon telefonumu satıb kirayə pulunu ödəmişəm", - gizir Asin söyləyib.
 
Vətən Müharibəsi iştirakçısı Murad Bədəlzadə də şikayət edərək bildirir ki, hazırda səhhətində ciddi problemlər olsa da onun əlliliyi hələ də müəyyənləşməyib.
 
"Füzuli və Xocavənd gedən döyüşlərdə iştirak etmişəm. Hazırda səhhətimdə ciddi problemlər var. Hər gün qusuram. Təziqim qalxır. Əllərim əsir. Demək olar psixatrik dərmanlar qəbul edirəm. "YAŞAT" Fondu tərəfindən 6 kurs müalicə almışam. Daha sonra dedilər ki, əlilik dərəcəni müəyyən edin sonra müraciət edərsiniz. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının baş həkimi Fuad Tağıyev hər dəfə deyir ki, xəstəliklə bağlı olan sənədi göndərmək üçün sistem işləmir. Buna görə də əlilik dərəcəmizi müəyyən etmək olmur. Artıq əsəbimdən bu gün damarlarımı kəsmişəm. Biz nə edək?, bilmirik", - Murad Bədəlzadə söyləyib.
 
Lənkəran şəhər Psixiatriya Xəstəxanasının baş həkimi Fuad Tağıyevlə əlaqə saxladıq. O əlilik dərəcəsinin sistemə yerləşdirilməsi ilə bağlı olan problemi təsdiqlədi.
 
"Sosial Müdafiə Nazirliyinə elektron ünvanına göndərilən sənədlərin yerləşdirilməsi üçün olan sistem bağlıdır. Deyirlər orada hazırda iş gedir. Bu yaxınlarda da iclas keçiriblər və bldiriblər ki, sistemdə yeniliklər edildiyi üçün bağlıdır. Müharibədən sonra Lənkərandan həmin sistemə giriş 8 ay müddətinə bağlandı. 8 aydan sonra 5-10 gün işlədi yenə bağlandı. Artıq bu hal necə dəfə təkrarlandı. Hazırda yenə yeniliklər adı ilə bağlıdır. Necə müddət bağlanması ilə bağlı bizə məlumat verilmir. Eşitdiyimə görə iyulun 15-də açılmalı idi, amma hələ açılmayıb. Biz də açılmasını gözləyirik. Adamın yanına elə ağır xəstələr gəlir ki, adam baxıb pis olur. Biz nə edə bilərik. Əlimizdən heçnə gəlmir", - baş həkim vurğulayıb.
 
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, aidiyyatı elektron sistemində əlilik üçün müraciətlər qeydiyyatında heç bir problem yoxdur.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, problemlə bağlı araşdırılma aparılıb. Məlum olub ki, cari ilin iyul ayından etibarən əlilliyin qiymətləndirilməsi üzrə prosedurlar yeni qaydada aparıldığı üçün sözügedən tibb müəssisəsinin qeydiyyatçısı tərəfindən sənədlərin elektron sistemə ötürülməsində texniki çətinlik yaranıb.
 
Qurumdan onu da bildiriblər ki, Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin  Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə ötürülməsində problem yoxdur. Vətəndaşlar Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilməsi ilə bağlı sözügedən tibb müəssisəsinə müraciət edə bilərlər.

 
Gülnar Nazimqızı 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol