• $
  • €
  • ₽
  • ₺
  • £

Beyləqanda şəhid ailələrinə yeni mənzillər verildi

Beyləqanda şəhid ailələrinə yeni mənzillər verildi
22.07.2022 11:33
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Beyləqanda Vətən müharibəsi şəhidlərinin ailələrinə mənzillər təqdim olunub.
 
Nazirlikdən  verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev iştirak ediblər.
 
Hidayət Abdullayev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfər qazandığı Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə Nazirlik tərəfindən şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı sosial dəstək paketi icra olunur.
 
Bu sosial dəstək paketi 100 mindən artıq şəhid ailəsi üzvü və müharibə iştirakçısını əhatə edib, onlara 193 min sosial dəstək xidməti göstərilib.
 
Nazir müavini mühüm sosial dəstək tədbirlərindən birinin də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı olduğunu vurğulayıb.
 
Qeyd edib ki, bu proqram ötən il 5 dəfə genişləndirilib. 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən bəri 600-dən çox mənzil verilib.
 
Postmüharibə dövründə 3600-dən, ümumilikdə ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.
 
Bu ilin avqust-sentyabrında daha 500 mənzil və fərdi ev bu kateqoriyalardan olan vətəndaşlara veriləcək.
 
Asif Ağayev şəhid ailələri və müharibə əlillərinə göstərilən dövlət qayğısından bəhs edib. O, təqdim olunan yeni mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradıldığını bildirib.
 
Yeni mənzillərlə təmin edilən şəhid ailələri diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə tam təmirli yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol