Daha 10 ailə Ağalıya köçürülüb

Zəngilan rayonunda "ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin birinci mərhələsi davam edir. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
İyulun 23-də Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola salınıb.
Yolasalma mərasimində Dövlət Komitəsinin aparat rəhbəri Eldar Zeynalov, komitənin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Daha 10 ailə - 45 nəfər daimi məskunlaşmaq üçün Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə Ağalıya yola düşüb. Onlar müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























