Azərbaycana dərmanların idxalı artıb

2022-ci ilin 6 ayında Azərbaycana 330 814,52 min ABŞ dolları dəyərində 15 449,39 ton əczaçılıq məhsulları idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bu ilin iyununda ölkəyə 67 765,03 min. dollar dəyərində 2 765,98 ton sözügedən məhsullar idxal edilib ki, bu da may ayı ilə müqayisədə dəyər ifadəsində 37,4%, həcm ifadəsində isə 27% çoxdur.
Bu ilin ilk altı ayında əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5,2%-nə bərabər olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























