Bizim tarix: "Qala" qoruğu - FOTOLAR

Qədim yaşayış məskəni Abşeron yarımadasının tarixi eramızdan əvvələ qədər gedib çıxır. Buradakı qədim kurqanlar, ocaq izləri və məzarlar bunu deməyə əsas verir. Qala kəndində və ona yaxın olan ərazilərdə 215-ə qədər arxeoloji abidə qeydə alınıb. Burada hətta eramızdan əvvəl 3-cü minilliyə aid tarixi izlər aşkar edilib. Qala kəndi ərazisindəki tarixi abidələrə misal kimi, 5 məscid, 3 hamam, 4 kəhriz, yaşayış evləri, kurqanlar, mavzoleylər, qala qalıqlarını və s. göstərmək olar. 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala Arxeoloji-Etnoqrafik Qoruğunda "açıq hava altında ilk Tarixi-etnik muzey kompleksi" yaradılıb. Ərazidəki bir çox abidələr restavrasiya edilib. Qoruqda çəkilmiş fotosessiyanı diqqətinizə çatdırırıq. Fotolar Orxan Əzimə məxsusdur. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























