Laçın rayonu ərazisində kənd təsərrüfatı texnikasının qəzaya uğraması nəticəsində 2 nəfər vəfat edib.
Dünən axşam saatlarında Laçının Güləbird kəndi ərazisində "Kroun KO-R” MMC-yə məxsus olan "Class 630” markalı traktor dərəyə aşıb. Nəticədə kombayn sürücüləri: 1990-cı il təvəllüdlü Kazım Abbasov və 1979-cu il təvəllüdlü Yusif Abışov aldıqları ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Traktoru idarə edən 1969-cu il təvəllüdlü Müşfiq Əliyev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Vəfat edən Kazım Abbasov Gəncə, Yusif Abışov isə Samux sakini olub. Traktoru idarə edən Müşviq Əliyev isə Goranboyun Goran qəsəbəsinin sakinidir.(Qafqazinfo)
www.anews.az