Ağalı kəndində yeni "SMART DOST" fəaliyyət göstərəcək

DOST RƏqəmsal İnnovasiyalar tərəfindən bu il istifadəyə verilən "Smart DOST" məntəqəsi Zəngilanın Ağalı kəndində fəaliyyət göstərəcək. "Smart DOST” məntəqəsi vasitəsi ilə vətəndaşların əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən yararlana biləcəklər.
Bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov Innovasiyalar Mərkəzinin altı aylıq hesabatına dair mətbuat konfrasında deyib.
Bu ilin yanvar-iyununda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 314 683 elektron arayış verilib.
"Zəfər altsisteminə 200 minədək şəxsə dair məlumatlar daxil edilib. Təyinatlar barədə məlumat şəxslərin e-sosial
portalındakı şəxsi kabinetlərində yerləşdirilib. "Zəfər” altsistemi dövlət
orqanlarına və özəl qurumlara şəhid ailələri və qazilərə sosial dəstəyin təmin
edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi
üçün çevik məlumat mübadiləsi imkanı yaradıb", - qurumun direktoru bildirib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























