İti döyərək videoya çəkdilər - HƏSSAS GÖRÜNTÜLƏR 18+ - YENİLƏNİB

(DİN-in açıqlamasına əlavə olunub)
Neftçalanın Ərəbqardaşbəyli kəndində yerli sakin itə zorakılıq edərək videoya çəkib, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Həmin görüntülərdə iti qarşı zorakılıq edildiyi görünür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib ki, heyvana qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.
-----------------
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov sözlərinə görə heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb.
Görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar.
Onlar hadisəni etiraf edərək peşiman olduqlarını və həmin tülkünün qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər.
Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub və onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib.

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib