İndiyədək qazi və şəhid ailələrinin 6,5 milyon manatlıq borcları ödənilib

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT” Fondu) toplanan vəsait hesabına indiyədək qazi və şəhid ailələrinin 6,5 milyon manatlıq borcları ödənilib.
Vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.
Belə ki, fonda toplanan vəsaitdən öhdəliyə götürülmüş şəxslərin məişət şəraitinin yaxşılaşdırılması üçün 37 568 200,00 manat xərclənib.
Tibbi xərclərin ödənilməsi üçün 18 738 906,08 manat, borc öhdəliklərinin qarşılanması üçün 6 594 437,06 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün isə 814 884,39 manat sərf olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























