Bu rayonlarda hələ də başçı YOXDUR

Yeni təyinatlardan sonra iki rayonun icra başçısı postu hələ də boşdur. Həmin rayonlar haqqında məlumatları təqdim edirik:
Gədəbəy
2018-ci ildən Gədəbəyi idarə edən İbrahim Mustafayev 2021-ci il oktyabrın 5-də vəzifəsindən azad edilərək, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. Ötən ildən bəri Gədəbəyə başçı təyinatı həyata keçirilməyib.
Göyçay
Göyçay fevralın 28-dən bu günə də qədər icra başçısının birinci müavininin idarəçiliyindədir. Belə ki, Mehdi Səlimzadə Prezidentin sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bundan bir müddət sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama apardığı haqqında məlumatlar yayılıb. Araşdırmalar nəticəsində başçının köməkçisi Vahid İsayev həbs edilib və məhkəmə qarşısına çıxarılaraq 4 aylıq azadlıqdan məhrum olunub.(Modern.az)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib