İkinci Qarabağ müharibəsi iştirakçısı Bakıda 7 gündür itkin düşüb - YENİLƏNİB

(Daxili İşlər Nazirliyinin açıqlaması əlavə edilib)
44 günlük Vətən Müharibəsi iştirakçısı Cavid Bədəlov bir həftədir yaşadığı Xırdalan qəsəbəsi ərazisində yerləşən evdən çıxaraq geri qayıtmayıb. Bu barədə anews.az-a açıqlamasında Cavid Bədəlovun atası Rafiq Bədəlov deyib.
"Oğlum iyulun 19-da Xırdalanda yaşadığı kirayə evdən çıxıb və geri qayıtmayıb. İyulun 21-də 102 xidmətinə müraciət etmişəm. Cavidin sağlamlığında heç bir problem olmayıb. Bu gün Baş Prokrorluğa da oğlumun tapılması üçün zəng etmişəm. 44 günlük müharibədə Şuşa döyüşlərinə qədər gedib çıxan şəxs axı Bakıda necə itə bilər? Oğlumun tez tapılmasında adiyyatı qurumlardan kömək istəyirəm. Cavid mənim yeganə oğlumdur", - Rafiq Bədəlov bildirib.
Cavid Bədəlov İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Müharibədə göstərdiyi qəhrəmanlığa görə, prezidentin sərəncamı ilə 5 medalla təltif olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirilib ki, Cavid Bədəlovun tapılması istiqamətində axtarışlar davam edir. Ailəsinin 21 iyulda polisə müraciəti əsasında ərizəsi qəbul olunub və tapılması üçün zəruri tədbirlər görülür.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























