• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin buğda ilə bağlı verdiyi fərmanın icrasına BAŞLANILDI

Prezidentin buğda ilə bağlı verdiyi fərmanın icrasına BAŞLANILDI
25.07.2022 15:43
Prezidentin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanının icrasına başlanıb. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
 
Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2022-ci il 19 iyul tarixində "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalanıb.
 
Fərmanın icrası çərçivəsində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Sərəncama uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi iki ay müddətində Dövlət Ehtiyatları Agentliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taxıl haqqında qanunvericiliyin təkmilləşdirilməsi, İqtisadiyyat, Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla isə ərzaqlıq buğda istehsalçılarına müasir təsərrüfatların yaradılması və müasir suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə verilən kredit mexanizminin təkmilləşdirilməsi və dövlət zəmanətinin tətbiqi ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcəkdir.
 
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tədbirlərin icrası nəticələrinin təhlilinə dair hesabatın hər il yanvarın 20-dək Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.
 
Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, ərzaqlıq buğdanın dövlət tədarük qiyməti ilə bağlı təkliflərini cari il üzrə iyulun 28-dək, növbəti illər üçün isə hər il iyunun 10-dək Nazirlər Kabinetinə təqdim edəcəkdir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol