• $
  • €
  • ₽
  • ₺
  • £

2022-ci ilin 6 ayında Mediasiyaya 798 nəfər əmək mübahisəsi üçün müraciət edib

2022-ci ilin 6 ayında Mediasiyaya 798 nəfər əmək mübahisəsi üçün müraciət edib
26.07.2022 11:09
2022-ci ildə isə Mediasiya Şurasına daxil olan əmək mübahisələrinin sayı 798 - dir, bu müraciətlərdən 113-ü barışıq sazişi ilə tamamlanıb. 
Bu barədə Şuranın İdarə Heyətinun sədri Nadir Adilov "Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda maarifləndirici ictimai müzakirədə deyib.


Onun sözlərinə görə, 1 il müddətində Mediasiya haqqında Qanunun tələblərinə cavab verən ümumilikdə 1302 əmək mübahisəsi ilə bağlı iş Mediasiya Şurasına daxil olub. 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də dərin təşəkkür edirəm. Nazirlik bu günədək Mediasiya Şurasını 12 sosial işçi ilə təmin edib. Bu işçilərin əmək haqqı DOST iş mərkəzi tərəfindən ödənilir. Bu bizim fəaliyyətimizə çox ciddi dəstəkdir. Eyni zamanda əmək mübahisələrinin qəbul edilərək mediasiya təşkilatları arasında bölüşdürülməsi məsələləri ilə bağlı da nazirliklə və DOST Agentliyi ilə çox sıx işlər aparırıq", Adilov deyib. 

Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılıb.  İşçi qrup bu məqsədlə Avropa İttifaqı tərəfindən cəlb edilmiş ekspert tərəfindən koordinasiya edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən təşkil olunub.
 
Ləman Qasımova 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol