DİN 51 cinayətin üstünü açdı - 37 nəfər saxlanıldı

2022-ci il iyulun 26-da Azərbaycanda 51 cinayətin üstü açılıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat yayıb.
"Əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 2-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub", - məlumatda yazılıb.
Axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
"Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib", - qurumdan açıqlanıb.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
Ləman Qasımova
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib