• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni jurnalist yeni çəkilən Laçın yolundan paylaşım etdi - VİDEO

Erməni jurnalist yeni çəkilən Laçın yolundan paylaşım etdi - VİDEO
26.07.2022 14:12
İyulun 25-də erməni jurnalist Tatul Akopyan Laçın dəhlizinə alternativ olaraq çəkil yoldan video görüntülər yayıb, bu barədə o öz sosial şəbəkə hesabında paylaşım edib.
 
Bildirib ki, azərbaycanlılar və türk şirkətləri yolun Böyük Qaladərəsi kəndi (Şuşa rayonunun kəndi - red.) yaxınlığındakı hissəsinin tikintisini yekunlaşdırır.
 
"İki erməni kəndində rus sülhməramlıları olmadan onlarla Azərbaycan texnikası və azərbaycanlı inşaatçılar, mühəndislər, sürücülər, asfalt çəkənlər iş görürlər. Bunu bilirdim, bir az qəribə oldu, amma bunu da gördük. Bu gün 25 iyulda Narek Seferyanla o yolu keçdik. Narek boyanıb, nitqimdə də bəzi qaydasızlıqlar var. Alik Media rubrikamda daha aydın yazacam", erməni jurnalist bildirib.
 
Laçın 1924-cü ildə təsis edilib. Rayon Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Laçının 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcədə bu ərazi çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazidir.
 

 
Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol