2022-ci ilin altı ayında koronavirusla bağlı nə qədər müraciət olub? - RƏSMİ

2022-ci ilin yanvar-iyununda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) "1542” Çağrı mərkəzinə ümumilikdə 83 866 müraciət daxil olub ki, bunların 2702-i koronavirusla bağlı edilən zənglərdir. Bu barədə Agentliyin mətbuat xidmətindən bildirilib.
Koronavirus xəstəliyi haqqında ümumi məlumatla bağlı 388, vaksinasiya ilə bağlı 1478, COVID-19 testinin nəticəsi ilə bağlı 836 müraciət daxil olub.
Agentlikdən bildirilib ki, çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 15 848, əlillik məsələləri ilə bağlı xəttinə 4051,operator ilə əlaqə xəttinə isə 61 265 müraciət daxil olub. cbari tibbi sığorta xəttinə daxil olan müraciətlərin əksəriyyəti müayinə, müalicə və dərman təminatı barədə olub.
Qurumun məlumatına görə, bütün müraciətlər cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Agentliyin Çağrı mərkəzi 4 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), koronavirusla bağlı xətti (1542-3), sözügedən xəttin koronavirus xəstəliyi haqqında ümumi məlumat əldə edilməsi ilə bağlı alt xətti (1542-3-1), vaksinasiya ilə bağlı alt xətti (1542-3-2), COVID-19 testinin nəticəsi ilə bağlı alt xətti (1542-3-3) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























