Bu sahənin göstərdiyi xidmətlər 1260,3 milyon manat olub

2022-ci ilin yanvar-iyununda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,2% artaraq 1260,3 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı məlumat yayıb.
Xidmətlərdən əldə edilən gəlirin 39,3 %-i və ya 495 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
2022-ci ilin yanvar-iyununda Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 milyon manat və ya 7% artaraq 495 milyon manat təşkil edib.
"Cari ilin iyunu ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 3,9% və ya 3,3 mln. manat artaraq 86,9 milyon manat olub. Bu ilin mayı ilə müqayisədə isə bu göstərici 2,3% və ya 2 milyon manat artıb", - Komitədən deyilib.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib