• $
  • €
  • ₽
  • ₺
  • £

79-cu maddəyə əlavələr edilsin - Səbinə Əliyevadan TƏKLİF

79-cu maddəyə əlavələr edilsin - Səbinə Əliyevadan  TƏKLİF
26.07.2022 15:29
Ombudsman Əmək Məcəlləsinin 79-cu maddəsinə müvafiq əlavələrin edilməsi təklifi ilə çıxış edib. Bununla bağlı Səbinə Əliyeva "Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda maarifləndirici ictimai müzakirədə deyib.
 
"Pensiya yaşına çatmağa az qalmış işçilərin ixtisarı yolu ilə işdən azad edilməsi və ya onların işə qəbul edilməsindən imtina olunmasının qarşısının alınması ilə bağlı xarici ölkələrin təcrübəsi əsas götürülməsini düzgün hesab edirəm. Əmək Məcəlləsinin 79-cu maddəsinə (Əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilər və hallar) və İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə (Əmək qanunvericiliyinin pozulması) müvafiq əlavə və dəyişiklərin edilməsini zəruri görürəm", - o deyib.
 
Əliyeva vurğulayıb ki,  "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun birinci maddəsində yoxlamaların aparılmasını istisna edən hallara  hüquq və azadlıqların pozulması halının da əlavə edilməsi zəruridir.
 
Əmək Məcəlləsinin 79-cu maddəsinə görə aşağıdakı şəxslərlə əmək müqaviləsinin ləğv edilməsi qadağandır:

1) hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
2) yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
3) əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
4) işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
5) həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
6) öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin.

Yuxarıda göstərilən şəxslərlə yanaşı məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, o cümlədən kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Ləman Qasımova
 


 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol