• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncənin əhalisi 1 milyona çatdırılacaq

Gəncənin əhalisi 1 milyona çatdırılacaq
19.04.2014 00:43
Azərbaycanın ikinci ən böyük şəhərinin əhalisinin sayı hazırda 336 min 100 nəfərdir, bunun 3 dəfə artırılması planlaşdırılırGəncə İcra Hakimiyyətinin (İH) başçısı Elmar Vəliyev şəhərin əhalisini 1 milyona çatdıracağını deyib. ANS PRESS-in qərb bürosundan verilən xəbərə görə, İH başçısı bu barədə I rübün yekunları ilə bağlı keçirdiyi toplantıda bildirib.Elmar Vəliyev bunu necə edəcəyini də söyləyib. Şəhərin müxtəlif yerlərində 12 mərtəbəli binalardan ibarət şəhərciklər salınacaq. Bu zaman o, “Yeni Gəncə” massivində artıq işə başlandığını bildirib. Orada 12 ədəd 12 mərtəbəli bina tikintisinə başlanıb. Eyni zamanda o, Gəncənin Abbas Səhhət xəstəxanasının və Heydər Əliyev park kompleksinin yaxınlığında da 12 mərtəbəli binalardan ibarət şəhərciklər tikiləcəyini deyib. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə əhalisinin sayı hazırda 336 min 100 nəfərdir. İH başçısının planı şəhər əhalisini 3 dəfə artırılması deməkdir. Yeni iş yerləri açılmadan heç bir tikinti ilə şəhərə bu qədər əhali cəlb etmək mümkün deyil. Sovet dövründə 22 böyük müəssisənin işlədiyi bu şəhərdə bu gün yalnız bir böyük müəssisə - Gəncə Gil Torpaq Kombinatı işləyir. İri xalça, mahud, farfor, toxuculuq, əyiricilik, pambıq emalı, yağ-piy emalı, elektronika, maşınqayırma, cihazqayırma, qənnadı, aviasiya müəssisələrinin işini dayandırdığı bir şəhərdə belə planlar böyük səy istəyir.ANNET.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol