• $
  • €
  • ₽
  • ₺
  • £

Minaya düşən komandirin ayağı amputasiya edildi

Minaya düşən komandirin ayağı amputasiya edildi
27.07.2022 10:59
Ötən gün axşam saatlarında Kəlbəcər rayonu ərazisində minaya düşən hərbi hissə komandiri İsbəndiyarov Vüqar Tofiq oğlunun son durumu məlum olub.

Hərbçinin sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub. Yaxınlarının bildirdiyinə görə, təcrübəli zabitin sağ ayağının aşağı ətraflarında sınıq və çıxıqlar meydana gəlib.


Hərbi qulluqçunun ümumi vəziyyətinin stabil olduğu bildirilir. V.İsbəndiyarovun hazırda cərrahi əməliyyatda olduğu qeyd edilib.


Xatırladaq ki, ötən gün Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri polkovnik Vüqar İsbəndiyarov minaya düşüb. Vüqar İsbəndiyarov Cəmilli kəndində minaya düşərək ağır xəsarətlər alıb. Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda cinayət işi açılıb.


Müdafiə Nazirliyi hadisə nəticəsində İsbəndiyarovla yanaşı, daha bir neçə hərbçinin yaralanması barədə xəbərləri təkzib edib. Bildirilib ki, Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.


Qeyd edək ki, hərbi hissə komandiri Vüqar İsbəndiyarov əslən Cəbrayıl rayonundandır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol